covid19vaccines.ge
covid19vaccines.ge
Aparılmış peyvəndlər 💉

2 930 677

Tam olaraq peyvəndlənmiş 💉💉

1 276 173

Kim peyvənd oluna bilər COVID-19-a yoluxduqdan sonra nə zaman peyvəndlənə bilə Peyvəndləmə üçün necə qeydiyyatdan keçməliyəm Harada peyvəndlənə bilərəm Peyvəndləmə üçün necə hazırlaşmalıyam Hansı peyvəndlər əlçatandır

Kim peyvənd oluna bilər

İlk başdan milli peyvəndləmə planı Gürcüstan vətəndaşlarının və Gürcüstanda daimi yaşamaq icazəsi olan şəxslərin peyvəndlənməsini nəzərdə tuturdu.

Hal-hazırda, aşağıdakı şəxslər COVID-19-dan peyvəndlənə bilərlər:

  • Gürcüstan vətəndaşı və daimi yaşamaq icazəsi olan 18 yaşında və daha yuxarı yaşda olan insanlar;
  • Gürcüstan ərazisində qanuni olaraq olan xarici ölkə vətəndaşı/vətəndaşlığı olmayan şəxs, hansı ki, Gürcüstandadır və o, daxil olduqdan sonra ən azı 3 ay keçib;
  • “Gürcüstandan işlə” dövlət proqramının iştirakçısı olan xarici ölkə vətəndaşları və onların ailə üzvləri;
  • Gürcüstanda təhsil almaq məqsədilə olan xarici ölkə vətəndaşı olan tələbələr;
  • Gürcüstanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, konsulluq müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin əcnəbi əməkdaşları və onların ailə üzvləri;
  • Vətəndaşlığından asılı olmayaraq, Gürcüstanın işğal olunmuş ərazilərində olan əhali. Eləcə də işğal olunmuş ərazidə diplomatik missiyalar və beynəlxalq donor təşkilatları tərəfindən maliyyələşdirilən layihələrdə işləyən şəxslər və onların ailə üzvləri;
  • Penitensiar müəssisələrdə olan şəxslər;
  • Xarici ölkə vətəndaşı, hansının ailə üzvü (övladı, valideyni, həyat yoldaşı) Gürcüstan vətəndaşıdır, 164 №-li sərəncam;

Pfayzer peyvəndi ilə COVID-19-dan aşağıdakı şəxslər peyvəndlənə bilərlər:

  • Gürcüstan vətəndaşı və daimi yaşamaq icazəsi olan 16-dan 18 yaşınadək olan insanlar;
  • Hamiləliyin istənilən müddətində;
  • 12-dən 15 yaşınadək xroniki xəstəlikləri olan uşaqlar.

Gürcüstan vətəndaşları və Gürcüstanda daimi yaşamaq icazəsi olan şəxslər, eləcə də Gürcüstanda yaşayan xarici ölkə vətəndaşları üçün peyvəndləmə pulsuzdur. Peyvəndləmənin qiymətini dövlət ödəyir.

COVID-19-a yoluxduqdan sonra nə zaman peyvəndlənə bilərəm

COVID-19-a qarşı peyvəndləmə COVID-19 infeksiyası diaqnozu qoyulduqdan 30 gün sonra mümkündür. İstisnanı COVID-19 infeksiyası zamanı konvalessent plazma ilə müalicə alan və kəskin dövrdə multisistemli iltihab sindromu olan insanlar da təşkil edirlər. Belə olan halda minimal interval 120 gündür.

Peyvəndləmə üçün necə qeydiyyatdan keçməliyəm

COVID-19-a qarşı peyvəndləmə üçün booking.moh.gov.ge veb-səhifəsində və ya 1522 qaynar xəttində qeydiyyatdan keçmək mümkündür. Veb-səhifədə eləcə də bronu redaktə etmək, təxirə salmaq və ya ləğv etmək mümkündür. Onlayn qeydiyyat barədə təlimata videoda baxın.

Harada peyvəndlənə bilərəm

Gürcüstanda COVID-19-a qarşı peyvəndləmə 300-dən artıq peyvəndləmə məntəqəsində həyata keçirilir. Xəritədə COVID-19-a qarşı peyvənd ilə harada peyvəndlənə biləcəyiniz barədə məlumat əks etdirilib. Peyvəndləmə məntəqələrinin regionlar üzrə tam siyahısını burada endirə bilərsiniz.

Qeydiyyatsız 30?? peyvəndləmə məntəqəsində peyvəndlənə bilərsiniz.

Ünvanlar barədə məlumata burada baxın.

Peyvəndləmə prosesinin təhlükəsizliyini yüksək ixtisaslı tibbi personal və tibbi avadanlıq təmin edir. Peyvəndləmə məntəqələrində Sizi nə gözlədiyi barədə daha ətraflı məlumata baxın.

** Gürcüstanda olan yaşamaq icazə vəsiqəsi olmayan, Gürcüstanda 3 aydan artıq qalan xarici ölkə vətəndaşları Tbilisi, Batumi və Kutaisinin 3 müəssisəsində peyvəndlənə bilərlər:

  • Tbilisi – Akademik Nikoloz Kipşidze adına Mərkəzi Universitet Klinikası
  • Batumi – Respublika Xəstəxanası
  • Kutaisi – Çxobadze adına Əlillər və Ahılların Müalicə-Reabilitasiya Kliniki Mərkəzi

Peyvəndləmə üçün necə hazırlaşmalıyam

Peyvəndləmə üçün əvvəlcədən müayinələrdən keçmək və ya dərman hazırlığı tələb olunmur. Lakin müəyyən fərdi hallarda, konsultasiya nəticəsində, qərarı həkim qəbul edir.

Peyvəndləmədən öncə həkim allerqoloqun təyinatı olmadan, özbaşına antihistamin preparatların qəbul edilməsi yolverilməzdir, çünki ağır allerjik reaksiyanın (anafilaksiya) prevensiyası əvəzinə anafilaksiyadan əvvəlki erkən əlamətlərin qeyri-tamdəyərli aşkar edilməsi nəticəsində tibbi yardımın göstərilməsi gecikdirilə bilər.

Peyvəndləmədən əvvəl Kovidə qarşı anticisimlərin analizi qeyri-informativdir və testin cavabına baxmayaraq tamdəyərli peyvəndləmə mütləqdir.

Hansı peyvəndlər əlçatandır

Gürcüstanda peyvəndləmə prosesi 15 mart 2021-ci il tarixində başlamışdır. Hal-hazırda 4 müxtəlif adda peyvənd əlçatandır:

  1. Pfizer-BioNTech (Pfayzer)
  2. Oxford/AstraZeneca (Oksford AstraZeneka)
  3. Sinopharm SARS-CoV-2 Vaccine (Vero Cell) (Sinofarm)
  4. Sinovac. CoronaVac -Vero Cell, Inactivated (Sinovak)

Pfizer/BioNTech

Amerika Qida Məhsulları və Dərmanlar Administrasiyası (FDA) 2021-ci ilin avqust ayında Pfayzerə tam avtorizasiya vermişdir ki, bu da o deməkdir ki, o, COVID-19-a qarşı tam avtorizasiya olunmuş ilk peyvənddir. Pfayzer iki dozalı peyvənddir və yüksək effektivlik ilə seçilir. Gürcüstanda Pfayzer ilə aşağıdakı şəxslər peyvəndlənə bilərlər:

  • 12-dən 15 yaşına qədər xroniki xəstəlikləri olan uşaqlar;
  • 18 yaşında və yuxarı yaşda olan insanlar;
  • Hamilələr, hamiləliyin istənilən müddətində.

Əlavə məlumat üçün Pfayzerin annotasiyasına baxın

Oxford/AstraZeneca

AstraZeneka peyvəndi Dünya Sağlamlıq Təşkilatının təxirəsalınmaz istifadə avtorizasiyasını almışdır. Oksford-AstraZeneka Britaniya-İsveç şirkəti və Oksford Universiteti tərəfindən yaradılmış vektor növlü peyvənddir. O, yüksək effektivlik ilə seçilir.

Gürcüstanda AstraZeneka ilə peyvəndləmə 45 yaşında və yuxarı yaşda olan insanlar üçün mümkündür. Həmin peyvənd iki dozalıdır və dozalar arasında məsləhət görülən interval 8-12 həftədir.

Əlavə məlumat üçün AstraZenekanın annotasiyasına baxın

Sinopharm

Sinofarm peyvəndi Dünya Sağlamlıq Təşkilatının təxirəsalınmaz istifadə avtorizasiyasını almışdır. Sinofarm peyvəndi Çində yaradılmışdır və ənənəvi üsul ilə hazırlanmış inaktivasiya edilmiş peyvənddir. Sinofarm peyvəndinin 2 dozası arasında məsləhət görülən interval 2-dən 4 həftəyə qədərdir.

Əlavə məlumat üçün Sinofarmın annotasiyasına baxın

Sinovac

Sinovak peyvəndi Dünya Sağlamlıq Təşkilatının təxirəsalınmaz istifadə avtorizasiyasını almışdır. Fövqəladə Hallar üzrə Elmi Məsləhətçilər Qrupu Sinovak peyvəndinin keyfiyyətini, təhlükəsizliyi və effektivliyini əsaslı şəkildə qiymətləndirmiş və onların tövsiyəsinə əsasən, peyvənddən 18 yaşında və yuxarı yaşda olan insanlarda istifadə etmək mümkündür. 2 doza arasında məsləhət görülən interval 2-dən 4 həftəyə qədərdir.

Əlavə məlumat üçün Sinovakın annotasiyasına baxın

Buster doza kimlər üçündür

Peyvəndləmə Şurasının qərarı ilə, Gürcüstanda b.a. buster doza ilə aşağıdakı şəxslər peyvəndlənə bilərlər:

  • 50 yaşdan yuxarı olan vətəndaşlar, xroniki xəstəliyi olan şəxslər və yüksək riskli peşə insanları peyvənd olunduqdan 6 ay sonra buster dozanı vurdura bilərlər.
  • Tam olaraq peyvəndlənmiş şəxslər səyahət üçün buna ehtiyac olduğu halda fərqli peyvəndi vurdura bilərlər. Əgər səyahət etmək istəyən şəxs təyinat ölkəsi (ABŞ və və ya Avropa İttifaqı) tərəfindən yolverilən peyvənd ilə peyvənd olunmalıdırsa, belə olan halda o, məqsədliliyi, yəni səyahəti təsdiq edən sənədi təqdim edə və peyvəndləməni planlaşdıra bilər. Amerika Xəstəliklərə Nəzarət Mərkəzinin tövsiyələrinə əsasən, fərqli peyvənd ilə peyvəndləmə ikinci peyvəndləmə başa çatdıqdan 28 gün sonra yolveriləndir.
Bizimlə əlaqə saxlayın: 116 001 bizə yazın: ncdc@ncdc.ge
Bizimlə əlaqə saxlayın: 116 001
bizə yazın: ncdc@ncdc.ge
EU & WHO

Veb-səhifə Dünya Sağlamlıq Təşkilatı və Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmışdır. Budara ifadə edilmiş mülahizələr müəllifə məxsusdur və Avropa İttifaqının mülahizələrini əks etdirməyə bilər.

EU & WHO

Veb-səhifə Dünya Sağlamlıq Təşkilatı və Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmışdır. Budara ifadə edilmiş mülahizələr müəllifə məxsusdur və Avropa İttifaqının mülahizələrini əks etdirməyə bilər.