covid19vaccines.ge
covid19vaccines.ge
Aparılmış peyvəndlər 💉

2 930 677

Tam olaraq peyvəndlənmiş 💉💉

1 276 173

Tez-tez verilən suallar

Hansı səbəbdən COVID-19-a qarşı peyvəndləməni keçməliyik?

Peyvəndləmə özünü, ailəni və cəmiyyəti COVID-19-dan qorumaq üçün düzgün bir seçimdir. Peyvəndləmə yoluxma, xəstələnmə və ölüm riskini azaldır və pandemiyanın dayandırılmasının ən effektiv vasitələrindən biridir.

Gürcüstanda mövcud olan requlyasiyalara əsasən, peyvəndləmə COVID-19 infeksiyası təsdiq edildikdən 30 gün sonra mümkündür. İstisnanı COVID-19 infeksiyası zamanı konvalessent plazma ilə müalicə alan və kəskin dövrdə multisistemli iltihab sindromu olan insanlar təşkil edirlər. (Minimal interval 120 gündür).

Pandemiyanı dayandırmaq üçün COVID-19-a qarşı peyvəndləmə ilə parallel olaraq preventiv tədbirləri davam etdirmək: maska geyinmək, ən azı 1 metrlik məsafəni qorumaq və əl gigiyenasına riayət etmək mütləqdir.

COVID-19-a qarşı peyvəndin təhlükəsizliyinə necə əmin olmalıyam?

COVID-19-a qarşı peyvəndlər rekordlu qısa müddətdə yaradılmış presedentsiz qarşılıqlı əməkdaşlığın və böyük sərmayələrin nəticəsidir və bütün təhlükəsizlik standartlarını tamamilə təmin edir. COVID-19-a qarşı peyvəndlərdən yalnız kliniki tədqiqatlar əsaslı öyrənildikdən və təhlil edildikdən sonra istifadə edilir.

Ölkədə yalnız Dünya Sağlamlıq Təşkilatı və ya onun tərəfindən tanınmış ciddi tənzimləmə orqanları (SRAs) tərəfindən avtorizasiya olunmuş peyvəndlər tətbiq edilir ki, bu da keyfiyyətin, təhlükəsizlik və effektivliyin zəmanətidir.

Bəzi insanlarda COVID-19-a qarşı peyvəndləmədən sonra ciddi allerjik reaksiya yaranmışdır. Bu narahat olmaq üçün səbəb olmalıdır?

İstənilən allergen təqdirində olduğu kimi, məsələn, penisillinə və ya yerfındığına (araxisə), eşşəkarısının sancmasına qarşı və s., insanların müəyyən hissəsində allerjik reaksiya yarana bilər; bənzər reaksiya eləcə də COVID-19-a qarşı peyvəndlərə görə də aşkar edilə bilər.

Bu səbəbdən, həkimə, xüsusilə vəziyyət Epinefrindən istifadə edilməsini və ya hospitallaşdırmanı tələb etdiyi halda, əvvəl Sizdə nəyəsə qarşı kəskin allerjik reaksiyanın olub-olmadığı barədə məlumat verməyiniz vacibdir.

Peyvəndlərdən sonra kəskin allerjik reaksiyalar (anafilaksiya) əsasən dərhal inkişaf edir. Müvafiq olaraq hazırlanmış tibbi personal ona yaxşı idarə edə bilir.

Tibb müəssisəsini tərk etdikdən sonra, əgər özünüzü halsız hiss edir və düşünürsünüzsə ki, Sizə allerjik reaksiya ola bilər, dərhal həkim ilə əlaqə saxlayın.

Hansı halda peyvəndləmə aparılmır

Pfayzer-Biontekin M-RNT peyvəndi (PFIZER-BIONTECH)

• 12 yaşdan aşağı yaş həddi.
• Məlum olan istənilən komponentə, xüsusilə də polietilenqlikola (PEG) və ya yaxın molekullara qarşı ağır allerjik reaksiya.
• Peyvəndin birinci dozasına qarşı anafilaktik reaksiya. Qeyd edilən halda peyvəndin ikinci dozası vurulmur.
• Qızdırma (38,5°C-dən yuxarı) ilə inkişaf edən ağır kəskin xəstəlik – peyvəndləmə sağalmaya qədər təxirə salınmalıdır.
• COVID-19 infeksiyası diaqnozu qoyulduqdan sonra 30 gün ərzində.
• COVID-19 keçirmiş insanlarda monoklon anticisimlər və ya rekonvalessent plazması ilə aparılmış müalicə – müalicə və peyvənd səbəbindən yaranan immun cavabların interferensiyasının qarşısını almaq məqsədilə peyvəndləmə müalicə başa çatdığı andan ən azı 90 gün ilə təxirə salınmalıdır.
• İstənilən digər peyvənd və COVID-19-a qarşı peyvənd ilə peyvəndləmə arasında minimal interval 14 gün təşkil edir. İntervallara riayət etmədən aparılan quduzluğa (antirabial) və tetanusa qarşı profilaktika istisnadır.

AstraZenekanın vektorlu peyvəndi (ASTRAZENECA)

• 45 yaşdan aşağı yaş həddi.
• Peyvəndin hər hansı bir aktiv maddəsinə və ya əlavəsinə qarşı hiperhəssaslıq.
• Peyvəndin birinci dozasına qarşı anafilaktik reaksiya. Qeyd edilən halda peyvəndin ikinci dozası vurulmur.
• Heparin-induksiyalı trombositopeniya (HITT və ya HIT type 2).
• COVID-19-un istənilən peyvəndi ilə immunizasiyadan sonra inkişaf etmiş trombositopeniya fonunda yayılmış venoz və/və ya arterial tromboz, AstraZeneka peyvəndi ilə ikinci doza vurulmur.
• Kapilyar sızma sindromu – CLS.
• Qızdırma (38,5°C-dən yuxarı) ilə inkişaf edən ağır kəskin xəstəlik – peyvəndləmə sağalmaya qədər təxirə salınmalıdır.
• COVID-19 infeksiyası diaqnozu qoyulduqdan sonra 30 gün ərzində.
• İstənilən digər peyvənd və COVID-19-a qarşı peyvənd ilə peyvəndləmə arasında minimal interval 14 gün təşkil edir. İntervallara riayət etmədən aparılan quduzluğa (antirabial) və tetanusa qarşı profilaktika istisnadır.

Sinofarmın inaktivasiya edilmiş peyvəndi (SINOPHARM)

• 18 yaşdan aşağı yaş həddi.
• Peyvəndin hər hansı bir aktiv maddəsinə və ya əlavəsinə qarşı allerjik reaksiya.
• Peyvəndin birinci dozasına qarşı anafilaktik reaksiya. Qeyd edilən halda peyvəndin ikinci dozası vurulmur. Eləcə də əgər birinci dozanı qəbul etdikdən sonra sinir sistemi tərəfindən arzuolunmaz reaksiya qeyd edilərsə, peyvənd vurulmur.
• İstənilən əvvəl qəbul edilmiş peyvəndə qarşı allerjik reaksiya (kəskin allerjik reaksiya, anqionevroz ödəmi, tənəffüsün çətinləşməsi və sair).
• Anamnezində nəzarət edilməyən epilepsiya və ya digər inkişaf edən nevroloji xəstəlik (Giyen-Barre sindromu).
• Ciddi xroniki xəstəliyin terminal mərhələsi və ya bəzi xroniki xəstəliklər, hansılar istənilən zaman həyat üçün təhlükəli ola bilər.
• Hamiləlik.
• Döş ilə əmizdirmə.
• Qızdırma (38,5°C-dən yuxarı) ilə inkişaf edən ağır kəskin xəstəlik – peyvəndləmə sağalmaya qədər təxirə salınmalıdır.
• COVID-19 infeksiyası diaqnozu qoyulduqdan sonra 30 gün ərzində.
• İmmunoqlobulini qəbul etdikdən sonra COVID-19-a qarşı peyvənd 1 ay intervalı ilə vurulur.
• İstənilən digər peyvənd və COVID-19-a qarşı peyvənd ilə peyvəndləmə arasında minimal interval 14 gün təşkil edir. İntervallara riayət etmədən aparılan quduzluğa (antirabial) və tetanusa qarşı profilaktika istisnadır.

Sinovakın inaktivasiya edilmiş peyvəndi (SINOVAC)

• 18 yaşdan aşağı yaş həddi.
• Peyvəndin hər hansı bir komponentinə qarşı allerjik reaksiya.
• Peyvəndin birinci dozasına qarşı anafilaktik reaksiya. Qeyd edilən halda peyvəndin ikinci dozası vurulmur.
• Hamiləlik.
• Döş ilə əmizdirmə.
• Qızdırma (38,5°C-dən yuxarı) ilə inkişaf edən ağır kəskin xəstəlik; istənilən xroniki xəstəliyin kəskinləşməsi.
• COVID-19 infeksiyası diaqnozu qoyulduqdan sonra 30 gün ərzində.
• İmmunoqlobulini qəbul etdikdən sonra COVID-19-a qarşı peyvənd 1 ay intervalı ilə vurulur.
• İstənilən digər peyvənd və COVID-19-a qarşı peyvənd ilə peyvəndləmə arasında minimal interval 14 gün təşkil edir. İntervallara riayət etmədən aparılan quduzluğa (antirabial) və tetanusa qarşı profilaktika istisnadır.

COVID-19-a qarşı peyvəndlər nə dərəcədə effektivdir?

Effektivliyin faiz göstəricisi bütün peyvəndlər üçün fərdidir və III fazanın tədqiqatlarına əsaslanır ki, bu da istənilən peyvəndin annotasiyasında təsvir edilib. Hazırki mərhələdə istifadə edilən peyvəndlərin effektivliyi 60%-dən 95%-dək dəyişir. Dünya Sağlamlıq Təşkilatı və ciddi tənzimləyici tərəfindən avtorizasiya verilmiş peyvəndlər xəstəliyin ağır formaları, hospitallaşdırma və ölüm hallarının prevensiyası baxımından 100% effektivdir.

COVID-19-a qarşı peyvəndin təsiri nə qədər müddət davam edir?

COVID-19, eləcə də COVID-19-a qarşı peyvənd də yenidir. Müvafiq olaraq, səhiyyə ekspertləri hazırki mərhələdə insanın infeksiyanı keçirdikdən və ya peyvəndləmədən sonra nə qədər müddət ərzində qorunmuş olduğunu dəqiq bilmirlər. Digər tərəfdən, bu da dəqiq məlumdur ki, COVID-19 dünyada bir çox fəsad və ölümlərə səbəb olmuşdur. Peyvəndləmə ən təhlükəsiz seçimdir!

Peyvəndləmədən sonra 38°C-dən yüksək temperatur, üşütmə, baş ağrısı, ümumi zəiflik qeyd edilir və nə etməliyəm?

Peyvəndləməni yan təsirlər müşayiət edə bilər, bu da tamamilə normaldır və ona işarə edir ki, Sizin orqanizminiz immuniteti yaradır.

COVID-19-a qarşı peyvəndin birinci və ya ikinci dozasını qəbul etdikdən sonra Sizdə aşağıdakı hallar qeyd edilə bilər: inyeksiya yerində reaksiya (ağrı, ödəm, qızartı), yorğunluq, halsızlıq, baş ağrısı, əzələ ağrısı, üşütmə, oynaq ağrısı, qızdırma, ürəkbulanma, limfatik vəzilərin ödəmi (limfadenopatiya).

COVID-19-a qarşı peyvənd, istənilən digər peyvənd və ya dərman kimi, müəyyən yan təsirlərin yaranmasına səbəb ola bilər. Lakin, həmin təsirlər ümumi olaraq yüngül və müvəqqətidir və bir çox halda peyvəndləmədən sonra 3 gün ərzində əmələ gəlir. Lakin, əgər özünüzü halsız hiss edərsinizsə, dərhal ailə həkimi ilə əlaqə saxlayın və ya 1522-yə zəng edin.

Mən artıq COVID-19 infeksiyasını keçirmişəm. Yenə də peyvəndlənməliyəm?

COVID-19 infeksiyasını keçirdiyinizə baxmayaraq, peyvəndləmənin aparılması tövsiyə olunur, çünki hazırki mərhələdə alimlərə xəstəliyi keçirdikdən sonra təbii immunitetin hansı müddət ilə saxlanıldığı məlum deyildir.

Kliniki tədqiqatların məlumatları göstərir ki, hal-hazırda avtorizasiya edilmiş COVID-19-a qarşı peyvəndlər COVID-19 infeksiyasını artıq keçirmiş insanlara təhlükəsiz şəkildə vurula bilər. Peyvəndləmə xəstəliyin simptomatik yoxsa simptomsuz olduğuna baxmayaraq təklif edilir. Peyvəndləmədən öncə virusa görə testləmə və ya digər hər hansı müayinənin aparılması zəruri deyildir.

Gürcüstanda COVID-19-un təsdiq edilmiş infeksiyası olan xəstələr üçün peyvəndləmə xəstəlik təsdiq edildikdən 30 gün sonra mümkündür. İstisnanı COVID-19 infeksiyası zamanı konvalessent plazma ilə müalicə alan və kəskin dövrdə multisistemli iltihab sindromu olan insanlar təşkil edirlər. Belə olan halda minimal interval 120 gündür.

Hamilələr və uşaqlarda COVID-19-a qarşı peyvəndləmə yolveriləndirmi?

Dünya Sağlamlıq Təşkilatının tövsiyəsinə əsasən riski və faydanı nəzərə almaqla hamilə və əmizdirən qadınların peyvəndlənməsi yolveriləndir.

Gürcüstanda hamilə və əmizdirən qadınlar COVID-19-a qarşı Pfayzer Biontek (Pfizer-BioNTech) peyvəndi ilə peyvəndlənə bilərlər. Peyvəndləmə hamiləliyin istənilən müddətində tövsiyə olunur.

Peyvəndləmə prosesi üçün xüsusi hazırlıq; məsələn, antihistamin preparatların qəbul edilməsi tələb olunurmu?

Peyvəndləmə üçün əvvəlcədən dərman hazırlığı və ya xüsusi diaqnostik müayinələr tələb olunmur. Yalnız müəyyən, fərdi (o cümlədən, ağır xroniki xəstələr) hallarda konsultasiya nəticəsində, qərarı həkim qəbul edir.

Peyvəndləmədən öncə həkim allerqoloqun təyinatı olmadan, özbaşına antihistamin preparatların qəbul edilməsi yolverilməzdir, çünki ağır allerjik reaksiyanın (anafilaksiya) prevensiyası əvəzinə anafilaksiyadan əvvəlki erkən əlamətlərin qeyri-tamdəyərli aşkar edilməsi nəticəsində tibbi yardımın göstərilməsi gecikdirilə bilər.

Peyvəndləmədən öncə koronavirusa qarşı anticisimlərin analizi qeyri-informativdir və testin cavabına baxmayaraq tamdəyərli peyvəndləmə mütləqdir.

Bizimlə əlaqə saxlayın: 116 001 bizə yazın: ncdc@ncdc.ge
Bizimlə əlaqə saxlayın: 116 001
bizə yazın: ncdc@ncdc.ge
EU & WHO

Veb-səhifə Dünya Sağlamlıq Təşkilatı və Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmışdır. Budara ifadə edilmiş mülahizələr müəllifə məxsusdur və Avropa İttifaqının mülahizələrini əks etdirməyə bilər.

EU & WHO

Veb-səhifə Dünya Sağlamlıq Təşkilatı və Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmışdır. Budara ifadə edilmiş mülahizələr müəllifə məxsusdur və Avropa İttifaqının mülahizələrini əks etdirməyə bilər.