covid19vaccines.ge
covid19vaccines.ge
Aparılmış peyvəndlər 💉

2 930 677

Tam olaraq peyvəndlənmiş 💉💉

1 276 173

Peyvəndlərin növləri Peyvəndin yan təsirləri Peyvəndin təhlükəsizliyi Peyvəndin effektivliyi


Peyvəndlərin növləri

Vektorlu peyvəndlər barədə nələri bilməlisən

Viruslu vektorlara əsaslanan peyvəndlər adi peyvəndlərdən onunla fərqlənirlər ki, tərkibində antigenlər (COVID-19-un spayk zülalı) yoxdur. Spayk zülal COVID-19-a səbəb olan virusun səthində mövcud olan zülaldır, hansını immun sistemii yad kimi tanıyır və ona qarşı anticisimləri yaratmağa başlayır.

Vektorlu peyvəndlər koronavirusun spayk zülalı (spike protein) barədə “təlimatı” insanın hüceyrəsinə aparan digər zərərsiz virusdan (vektordan) istifadə edirlər. Vektor tərəfindən çatdırılmış “təlimata” uyğun olaraq hüceyrə virusun zərərsiz hissəsini – spayk zülalı yaratmağa başlayır, hansını immun sistemii tanıyır və anticisimlərin yaradılmasına başlayır.

Məhz həmin anticisimlər orqanizmi gələcəkdə COVID-19-a yoluxmaqdan və xəstələnmədən qoruyurlar. Peyvəndləmədən sonra virus orqanizmə düşdüyü zaman immun sistemi onun səthində mövcud olan spayk zülalı vaxtında tanıyır və virusu xəstəliyə səbəb olmazdan öncə məhv edir. Müvəqqəti yan təsirlər prosesin təbii hissəsidir, bu ona işarə edir ki, peyvənd işləyir.

COVID-19-a qarşı virus vektorlu peyvəndlər aşağıdakılardır: University of Oxford/AstraZeneca; CanSino; Gamaleya Research Institute; Janssen Pharmaceutical Companies.

M-RNT peyvəndləri barədə nələri bilməlisən

M-RNT peyvəndlərində virus və ya onun zülalının (spayk zülalının) fraqmenti deyil, spayk zülal barədə məlumatın daşıyıcısı olan informativ, yəni messencer-RNT vardır. Peyvənd yeridildikdən sonra orqanizm spayk zülalın yaradılmasına başlayır, hansını immun sistemi tanıyır və immun reaksiya – anticisimlərin yaradılması başlayır. Məhz həmin anticisimlər gələcəkdə orqanizmi yoluxmaqdan qoruyurlar. Daha sonra virus orqanizmə düşdüyü təqdirdə, immun sistemi onun səthində mövcud olan spayk zülalı yad kimi vaxtında tanıyır və virusu xəstəliyə səbəb olmazdan öncə məhv edir.

Ondan irəli gələrək ki, M-RNT peyvəndinin tərkibində canlı və ya inaktivasiya edilmiş virus yoxdur, o, Kovid infeksiyasına səbəb ola bilməz. Peyvəndləmədən bir neçə gün sonra M-RNT öz-özünə dağılır.

COVID-19-a qarşı M-RNT peyvəndləri aşağıdakılardır: Moderna/NIAID; Pfizer-BioNTech.

İnaktivasiya edilmiş peyvəndlər barədə nələri bilməlisən

İnaktivasiya edilmiş peyvəndlər ənənəvi üsul ilə işlənib hazırlanmış peyvəndlərdir. Onlar bütöv virusdan və ya bakteriyadan, və ya onların bir neçə fraksiyasından ibarətdir. Müvafiq olaraq, iki əsas növə – tamhüceyrəli və fraksiyalı peyvəndlərə bölünürlər. İnaktivasiya edilmiş peyvəndlər xəstəliyə səbəb olan mikroorqanizmin (virus, bakteriya) kimyəvi və ya fiziki proses ilə məhv edilməsi yolu ilə hazırlanır. O, xəstəliyə səbəb olmur, çünki tərkibində canlı mikroorqanizm yoxdur.

COVID-19-a qarşı inaktivasiya edilmiş peyvəndlər aşağıdakılardır: Sinovac, Sinopharm-Beijing, Sinopharm-Wuhan, Bharat Biotech.

Peyvəndin yan təsirləri

Peyvənd vurulduqdan sonra yan təsirlərin inkişaf etməsi mümkündür, bu da tamamilə normaldır və ona işarə edir ki, Sizin orqanizminiz müdafiə qabiliyyətini gücləndirir. Yan təsirlər Sizin gündəlik fəaliyyətinizə təsir göstərə bilər, lakin həmin təsirlər bir neçə günə keçəcəkdir. Bəzi insanlarda yan təsirlər ümumiyyətlə inkişaf etmir.

Ən çox yaranan yan təsirlər aşağıdakılardır:

  • Qolda, inyeksiya yerində ağrı, qızartı və ya ödəm
  • Yorğunluq,
  • Baş ağrısı
  • Əzələ ağrısı
  • Üşütmə
  • Qızdırma
  • Ürəkbulanma.

Faydalı məsləhətlər

Əgər Sizdə peyvəndləmədən sonra ağrı və ya diskomfort olarsa, həkiminizlə İbuprofen və ya Parasetamol kimi dərmanların qəbul edilməsi barədə konsultasiyası keçin.

Peyvənd yerində ağrını və qızdırmadan olan diskomfortu azaltmaq üçün:

  • İnyeksiya yerinə təmiz, sərin, isladılmış bez qoyun
  • Qolunuzu hərəkət etdirin və ya məşq etdirin
  • Çoxlu maye qəbul edin
  • Nazik paltar geyinin

Nə zaman həkim ilə əlaqə saxlamalısınız

Əksər hallarda qızdırma və ya ağrı hissi normaldır. Aşağıdakı hallarda Sizin həkiminiz və ya tibbi müəssisə  ilə əlaqə saxlayın:

  • Peyvənd yerində qızartı və ya həssaslıq 24 saat sonra artır
  • Sizi yan təsirlər narahat edir və ya bir neçə gün sonra yox olmur

Unutmayın ki, COVID-19-a qarşı peyvənd, istənilən digər peyvənd və ya dərman kimi, müəyyən yan təsirlərin yaranmasına səbəb ola bilər. Lakin, həmin təsirlər ümumi olaraq yüngül və müvəqqətidir və bir çox halda peyvəndləmədən sonra 3 gün ərzində əmələ gəlir. Nəzərə alın ki, peyvəndlənəcək insanların böyük əksəriyyətində bənzər simptomlar ümumiyyətlə əmələ gəlməyə bilər. Lakin, əgər özünüzü halsız hiss edərsinizsə, dərhal ailə həkimi ilə əlaqə saxlayın.

Peyvəndin təhlükəsizliyi

COVID-19-a qarşı peyvəndin təhlükəsizliyinə necə əmin olmalıyam?

COVID-19-a qarşı peyvəndlər rekordlu qısa müddətdə yaradılmış, presedentsiz qarşılıqlı əməkdaşlığın və böyük sərmayələrin nəticəsidir və bütün təhlükəsizlik standartlarını tamamilə təmin edir.

COVID-19-a qarşı peyvəndlərin təhlükəsizliyi ciddi tənzimləmə prosesinə tabedir. Dünya Sağlamlıq Təşkilatı və milli tənzimləmə orqanlarının avtorizasiyasını alana qədər, COVID-19-a qarşı peyvəndlər onu təsdiq etmək üçün kliniki tədqiqatlarda ciddi testləşdirməni keçirlər ki, onlar beynəlxalq olaraq tanınmış təhlükəsizlik və effektivlik standartlarına cavab verirlər.

Ölkədə Dünya Sağlamlıq Təşkilatı və ya onun tərəfindən tanınmış ciddi tənzimləmə orqanları (SRAs) tərəfindən avtorizasiya olunmuş peyvəndlərin tətbiq edilməsi peyvəndin keyfiyyəti, təhlükəsizliyi və effektivliyinin zəmanətidir.

Peyvənd tətbiq edilməzdən öncə hansı kliniki tədqiqatlardan keçir?

COVID-19-a qarşı peyvəndlər istehsalçılar və tədqiqatçılar tərəfindən 3-mərhələli kliniki tədqiqatdan keçirlər ki, hansının məqsədi onların təhlükəsizliyi və effektivliyini müəyyən etməkdən ibarətdir. Kliniki tədqiqatın 3-cü fazasında tədiqiqatçılar peyvəndlənmiş şəxslərin sağlamlıq vəziyyətini peyvəndlənməmiş şəxslərin sağlamlıq vəziyyəti ilə müqayisə edirlər. Bu peyvəndin yan effektlərini və eləcə də peyvəndlənmiş insanlar və plasebonu (həqiqi dərman deyil, müalicə vasitəsinin imitasiyası) qəbul etmiş insanlar arasında xəstəliyin inkişaf etmə göstəricisini müəyyən etmək imkanını verir.

Kliniki tədqiqatlara on minlərlə insan qoşulub. Tədqiqatçılar tədqiqata qoşulmuş hər bir iştirakçını peyvəndləmədən sonra minimum 2 ay ərzində müşahidə edirlər ki, peyvəndləmə ilə əlaqədar olan, özünü nisbətən gec büruzə verə biləcək yan təsirləri aşkar etsinlər.

Təxirəsalınmaz istifadə avtorizasiyası nədir?

Təxirəsalınmaz istifadə avtorizasiyası (EUL – Emergency Use Listing) proseduru çərçivəsində yeni tibbi vasitələrin (o cümlədən, peyvəndlərin) ictimai sağlamlığın fövqəladə halları ilə uyğunluğunun qiymətləndirilməsi aparılır. Onun məqsədi təxirəsalınmaz zərurət təqdirində qısa zamanda təhlükəsizlik, effektivlik və keyfiyyət meyarlarına ciddi şəkildə riayət etməklə, dərmanların, peyvəndlərin və diaqnostikanın əlçatanlığını təmin etməkdən ibarətdir. Qiymətləndirmə zamanı fövqəladə halların təhlükəsi, peyvəndin faydası və mümkün sağlamlıq və həyat riskləri müqayisə edilir.

Təxirəsalınmaz istifadə avtorizasiyası prosesi II və III fazanın kliniki tədqiqatının məlumatlarının ciddi qiymətləndirilməsini; eləcə də təhlükəsizliyi, effektivliyi, keyfiyyəti və riski idarəetmə planı barədə əhəmiyyətli əlavə məlumatları ehtiva edir. Həmin məlumatları müstəqil ekspertlər və Dünya Sağlamlıq Təşkilatının komandası.

Təxirəsalınmaz istifadə avtorizasiyası prosesi çərçivəsində peyvəndi istehsal edən şirkət öhdəlik götürür ki, məlumatların toplanılmasını davam etdirəcəkdir ki, peyvəndin tam lisenziyalaşdırılması və Dünya Sağlamlıq Təşkilatının prekvalifikasiyasının verilməsi mümkün olsun. Bu proses, öz növbəsində, eləcə də peyvəndin tədqiqatları nəticəsində əldə edilmiş əlavə kliniki məlumatları və tətbiq etmə prosesini qiymətləndirir ki, peyvəndin keyfiyyətinin, təhlükəsizliyi və effektivliyinin standartlara uyğunluğunu təmin etsin.

Peyvəndin effektivliyi

Peyvəndləmə nə dərəcədə əhəmiyyətlidir

Peyvəndləmə özünü, ailəni və cəmiyyəti COVID-19-dan qorumaq üçün düzgün bir seçimdir. Peyvəndləmə yoluxma, xəstələnmə və ölüm riskini azaldır və pandemiyanın dayandırılmasının effektiv vasitələrindən biridir.

Peyvəndləmə Siz COVID-19 artıq keçirdiyiniz halda da məsləhət görülür, çünki mövcud olan sübutlarla, infeksiyanı keçirdikdən sonra uzunmüddətli immunitet formalaşmır və insan yenə də təkrar yoluxmaq riski altında qalır. Gürcüstanda mövcud olan requlyasiyalara əsasən peyvəndləmə COVID-19 infeksiyası təsdiq edildikdən 120 gün sonra mümkündür.

Pandemiyanı dayandırmaq üçün COVID-19-a qarşı peyvəndləmə ilə parallel olaraq preventiv tədbirləri davam etdirmək: maska geyinmək, ən azı 1 metrlik məsafəni qorumaq və əl gigiyenasına riayət etmək mütləqdir.

COVID-19-a qarşı peyvənd nə dərəcədə effektivdir

Effektivliyin faiz göstəricisi bütün peyvəndlər üçün fərdidir və üç fazanın tədqiqatlarına əsaslanır ki, bu da bütün peyvəndlərin annotasiyasında təsvir edilib. Hazırki mərhələdə istifadə edilən peyvəndlərin effektivliyi 60%-dən 95%-dək dəyişir.

Baxmayaraq ki, COVID-19-a qarşı bir neçə peyvənd yüksək effektivlik səviyyəsinə malikdir, heç bir peyvənd insanı virusdan 100% qorumur. Müvafiq olaraq, insanların kiçik bir hissəsində COVID-19-a qarşı peyvəndləmədən sonra gözlənilən zəruri immunitet əmələ gəlməyə bilər.

Peyvəndin spesifik səciyyələndiriciləri ilə yanaşı, peyvəndin effektivliyinə insanın yaşı, onun ümumi sağlamlıq vəziyyəti və COVID-19-a yoluxma tarixçəsi kimi, bir neçə amil təsir göstərə bilər. COVID-19-a qarşı peyvəndlərdən əmələ gələn immunitetin nə qədər müddət çəkəcəyi hələ ki, məlum deyildir.

Bütün yuxarıda qeyd edilən faktları nəzərə almaqla, COVID-19-a qarşı peyvəndləmənin aparılmasına baxmayaraq, fiziki məsafə, maskadan istifadə və əllərin yuyulması kimi, ictimai səhiyyənin bütün preventiv tədbirlərinin dəqiqliklə yerinə yetirilməsini mütləq davam etdirməliyik.

Peyvəndin effektivliyi necə qiymətləndirilir

Peyvəndin effektivliyi böyük miqyaslı kliniki sınaqlar zamanı ölçülür, bu da o deməkdir ki, peyvəndi bir neçə min insan üzərində sınayacaqlar. Həmin insanlar iki qrupa bölünüblər: yarısı peyvəndi qəbul edir, digər yarısı isə plasebonu (həqiqi dərman deyil, müalicə vasitəsinin imitasiyası) qəbul edir.

Bundan sonra onlar adi həyata davam edirlər. Eyni zamanda alimlər aylar ərzində həmin insanların COVID-19-a yoluxub-yoluxmadıqlarını müşahidə edirlər.

Məsələn, Pfayzer peyvəndinin kliniki sınaqlarında 43,00 min nəfər iştirak edirdi. Yekun olaraq, 170 nəfər COVID -19-a yoluxmuşdur.

Peyvəndin effektivliyi həmin 170 nəfərin yuxarıda qeyd edilən iki qrup arasında (peyvəndlənmiş və ya plasebonu qəbul etmiş) necə bölüşdürüldüyünə əsasən hesablandı. COVID -19-a yoluxmuş 170 nəfərdən 162 nəfər plasebo qrupundan idi və yalnız 8 nəfər peyvəndlən olunanların qrupundan idi.

Bu o deməkdir ki, peyvənd olunanlar üçün COVID -19-a yoluxma ehtimalı 95% daha az idi.

Peyvəndin effektivliyinin obyektiv olması üçün artıq yaradılmış peyvəndlərin kliniki sınaqları eyni zamanda və eyni ölkədə aparılmalı idi. Bunun əvəzinə, peyvəndlərin sınaqdan keçirilməsi dünyanın müxtəlif qitələrində baş verirdi. Bəzi peyvəndlərin sınaqdan keçirilmə dövrü COVID-19-un yüksək yayılma dövrü ilə üst-üstə düşdü, bu da o deməkdir ki, sınaqlarda iştirak edən insanların COVID -19-a yoluxmasının daha böyük riski mövcud idi.

COVID-19-a qarşı peyvəndlərin yan təsirləri

COVID-19-a qarşı peyvəndlərin mümkün yan təsirləri müvəqqəti və COVID-19 infeksiyası ilə müqayisədə olduqca yüngüldür. Peyvənd tətbiq edilməzdən öncə və ondan sonra nadir yan təsirləri aşkar etmək üçün daimi nəzarət həyata keçirilir.

Digər peyvəndlərə bənzər olaraq, COVID-19-a qarşı peyvəndləməni yan təsirlər müşayiət edə bilər, bu da normaldır və ona işarə edir ki, Sizin orqanizminiz immuniteti yaradır.

COVID-19-a qarşı peyvəndin birinci və ya ikinci dozasını qəbul etdikdən sonra Sizdə aşağıdakı yan təsirlər qeyd edilə bilər:

  • İnyeksiya yerində reaksiya (ağrı, ödəm, qızartı)
  • Yorğunluq
  • Halsızlıq
  • Baş ağrısı
  • Əzələ ağrısı
  • Oynaq ağrısı
  • Üşütmə
  • Qızdırma
  • Ürəkbulanma
  • Limfatik düyünlərin ödəmi (limfadenopatiya)

COVID-19-a qarşı peyvənd, istənilən digər peyvənd və ya dərman kimi, müəyyən yan təsirlərin yaranmasına səbəb ola bilər. Lakin, həmin təsirlər ümumi olaraq yüngül, müvəqqətidir və bir çox halda peyvəndləmədən sonra 3 gün ərzində əmələ gəlir. Nəzərə alın ki, peyvəndlənəcək insanların böyük əksəriyyətində bənzər simptomlar ümumiyyətlə aşkar edilməyə bilər. Lakin, əgər özünüzü halsız hiss edərsinizsə, dərhal ailə həkimi ilə əlaqə saxlayın.

Peyvəndləmədən sonrakı allerjik reaksiya və anafilaksiya

İstənilən allergen təqdirində olduğu kimi, məsələn, penisillinə və ya yerfındığına (araxisə), eşşəkarısının sancmasına qarşı və s., insanların müəyyən bir hissəsində allerjik reaksiya yarana bilər; bənzər reaksiya eləcə də COVID-19-a qarşı peyvəndlərə görə də aşkar edilə bilər.

Dünya Sağlamlıq Təşkilatının tövsiyəsi ilə həkim xəstədə COVID-19-a qarşı peyvəndə görə ağır allerjik reaksiyanın riskinin olub-olmadığını müəyyən etmək üçün xəstənin anamnezini ətraflı şəkildə qiymətləndirir. İmmunizasiyanın provayder klinikasının tibbi personalı müvafiq şəkildə hazırlanmışdır ki, ağır allerjik reaksiyaları vaxtında aşkar etsin və bu cür reaksiyaları müalicə etmək üçün təxirəsalınmaz ölçüləri götürsünlər.

Bu səbəbdən, həkimə, xüsusilə vəziyyət Epinefrindən istifadə edilməsini və ya hospitallaşdırmanı tələb etdiyi halda, əvvəl Sizdə nəyəsə qarşı kəskin allerjik reaksiyanın olub-olmadığı barədə məlumat verməyiniz vacibdir.

Peyvənddən sonra kəskin allerjik reaksiyalar (anafilaksiya) əsasən dərhal inkişaf edir; lakin, müvafiq olaraq hazırlanmış tibbi personal ona yaxşı idarə edə bilir.

Tibb müəssisəsini tərk etdikdən sonra, əgər özünüzü halsız hiss edir və düşünürsünüzsə ki, Sizə allerjik reaksiya ola bilər, dərhal həkim ilə əlaqə saxlayın.

Kimlərdə COVID-19-a qarşı peyvəndləmə aparıla bilməz

Yalnız tibbi personal şəxsə COVID-19-a qarşı peyvəndləmənin aparılıb-aparılmaması barədə ixtisaslı məsləhət verə bilər. Bununla yanaşı, mövcud olan sübutlar əsasında, aşağıdakı sağlamlıq probemləri olan insanlar üçün COVID-19-a qarşı peyvəndləmə məsləhət görülmür ki, mümkün mənfi nəticələrin qarşısı alaq:

  • Əgər anamnezində COVID-19-a qarşı peyvəndin hər hansı bir inqrediyentinə qarşı kəskin allerjik reaksiyası vardırsa
  • Əgər həmin anda o, xəstədir və ya onda COVID-19-un simptomları qeyd edilirsə. Lakin peyvəndləmənin aparılması simptomlar aradan qaldırıldıqdan sonra da mümkündür.
Bizimlə əlaqə saxlayın: 116 001 bizə yazın: ncdc@ncdc.ge
Bizimlə əlaqə saxlayın: 116 001
bizə yazın: ncdc@ncdc.ge
EU & WHO

Veb-səhifə Dünya Sağlamlıq Təşkilatı və Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmışdır. Budara ifadə edilmiş mülahizələr müəllifə məxsusdur və Avropa İttifaqının mülahizələrini əks etdirməyə bilər.

EU & WHO

Veb-səhifə Dünya Sağlamlıq Təşkilatı və Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmışdır. Budara ifadə edilmiş mülahizələr müəllifə məxsusdur və Avropa İttifaqının mülahizələrini əks etdirməyə bilər.