covid19vaccines.ge
covid19vaccines.ge
Aparılmış peyvəndlər 💉

 2 900 226

Tam olaraq peyvəndlənmiş 💉💉

 1 270 101

İmmunizasiya proqramı İmmunizasiya prosesinin gedişatı Tibb müəssisələrinin siyahısı


İmmunizasiya proqramı

Gürcüstanda milli immunizasiya planı pulsuz peyvəndləməni təmin edir. Peyvəndləmə “İctimai sağlamlıq haqqında” Gürcüstan qanunu və qanunaltı normativ aktlar ilə tənzimlənir. Proqram, ənənəvi olaraq, yaxşı işləyən soyuq zəncir şəbəkəsinə, monitorinq və nəzarət sisteminə malikdir.

Milli immunizasiya proqramının imkan və resursları Gürcüstanda COVID-19-a qarşı peyvəndlərin tətbiq edilməsi üzrə milli planda əks etdirilmişdir.

Burada endirin

İmmunizasiya prosesinin gedişatı

Hazırki dövrə qədər Gürcüstan miqyasında immunizasiya proqramına qoşulmuş tibb müəssisələri Kovidə qarşı peyvəndləməni 333 peyvəndləmə briqadası ilə həyata keçirirlər. Günlük keçiriciliyin maksimumu 11 000-dək peyvəndi təşkil edir. Mövcud olan idarə edilmiş miqdara əsasən, gündə hər 100 000 sakin üzrə ortalama 700 doza peyvənd vurulur. İmmunizasiya prosesinin gedişatı barədə daha ətraflı məlumat üçün 15 mart – 15 iyul tarixli hesabata baxın.

Burada endirin

Peyvəndləmə üçün hazırlıq

Soyuq zəncir

COVID-19-a qarşı istənilən peyvənd üçün soyuq zəncir prosedurlarına riayət etmək tələb olunur. Soyuq zəncir peyvəndin istehsal edildiyi andan idarə edilənə qədər (istehsalçı tərəfindən müəyyən edilmiş temperatur rejimində) fasiləsiz şəkildə zəruri temperaturda yerləşdirilməsini nəzərdə tutur. Müxtəlif peyvəndlər fərqli soyuq zəncir tələblərinə malikdir. Ən çox halda peyvənd üçün zəruri temperatur diapazonu +2°C +8°C temperaturudur, lakin saxlama teperaturu -20°C və ya -60 -80°C olan peyvəndlər də mövcuddur.

Peyvəndin mərkəzi, regional və bələdiyyə anbarlarında anbarlanması

COVID-19-a qarşı peyvəndlərin anbarlanması/saxlanılması üçün ölkədə məzkəri, regional və bələdiyyə anbarları qurulmuşdur. Peyvənd növlərindən və zəruri saxlama temperaturundan irəli gələrək, Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin Tbilisi mərkəzi anbarında, Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin İmereti və Acariya idarələrində və ölkə miqyasında 60 bələdiyyədə ictimai səhiyyə mərkəzlərində müxtəlif növ anbarlar qurulmuşdur.

Tbilisi mərkəzi anbarı eləcə də regional anbar funksiyalarını da birləşdirir və Şərqi Gürcüstana xidmət göstərir. Kutaisi regional anbarı Qərbi Gürcüstana, Batumi regional anbarı isə Acariyanın əhalisinə xidmət göstərir.

Anbarların təchiz edilməsi və soyuducular

Mərkəzi, regional və bələdiyyə anbarları zəruri miqdarda peyvənd soyuducuları, buzluqlar, nəqletmə konteynerləri, soyuq qutular, temperatura monitorinq sistemləri və peyvənd daşıyıcıları (soyuducu-maşın) ilə təchiz olunmuşdur. Qeyd edilməlidir ki, bütün səviyyəli anbarlarda peyvənd soyuducuları Dünya Sağlamlıq Təşkilatı tərəfindən prekvalifikasiya edilmişdir.

Peyvəndin anbardan peyvəndləmə kabinetinə qədər nəql edilməsi

Peyvəndin əsas hissəsi hər zaman mərkəzi, regional və ya bələdiyyə anbarlarında anbarlanmışdır, oradan peyvəndin peyvəndləmə məntəqələrinə qədər bölüşdürülməsi dövri olaraq həyata keçirilir (əsasən 3-5 gün aralıqları ilə). Peyvəndin anbardan peyvəndləmə məntəqələrinə qədər bölüşdürülmə sxemi və dövriliyi peyvəndin növündən (saxlama temperaturundan) asılıdır, məsələn: Pfizer-BioNTech peyvəndi mərkəzi və regional anbarlarda yerləşdirilmiş xüsusi buzluqlarda -80°C temperaturunda saxlanılır.

Bu mərhələdə həmin peyvəndin saxlanılması və sonradan bölüşdürülməsi məhz həmin 3 anbardan həyata keçirilir və müəssisələrə (peyvəndləmə məntəqələrinə) çatdırılmasını Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin özü əvvəlcədən müəyyən edilmiş qrafikə və miqdarlara uyğun olaraq təmin edir.

Digər peyvəndlər təqdirində, hansılar üçün +2+8°C temperatur rejimi tələb olunur (Oxford/AstraZeneca, Sinopharm, Sinovac), peyvəndlərin anbarlanması mərkəzi, regional və bələdiyyə anbarlarında həyata keçirilir. Peyvəndin peyvəndləmə məntəqələrinə qədər nəql edilməsi məhz bələdiyyə anbarından həyata keçirilir və nəqletməni peyvəndləmə məntəqələrinin yerləşdiyi tibbi müəssisələrin özləri təmin edirlər.

Peyvəndin bölüşdürülməsi istənilən mərhələdə müvafiq soyuq qutular və buz elementlərindən (və ya quru buzdan) istifadə etməklə həyata keçirilir. Peyvəndin nəqletmə üçün hazırlanmasını (nəqletmə konteynerinə və ya soyuq qutuya yerləşdirilməsini) hər zaman peyvəndin saxlanılması, anbarlanması və nəql edilməsi ilə əlaqədar olaraq müvafiq treninqləri keçmiş anbarın əməkdaşları təmin edirlər. Nəqletmə zamanı temperatura nəzarət etmək məqsədilə, bütün soyuq qutular termometr və ya temperaturu uçota götürən cihaz ilə təchiz olunub.

Peyvəndləmə kabinetləri

Hər bir tibb müəssisəsi müvafiq treninqləri keçmiş və peyvəndin qəbul edilməsi, anbarlanması və temperatur rejiminə nəzarətin tapşırıldığı məsul şəxsi/şəxsləri ayırmışdır. Soyuducularda temperatura nəzarət gündəlik olaraq, müvafiq protokollara və tövsiyələrə əsasən aparılır. Bütün peyvəndləmə kabinetləri eləcə də soyuq qutular və müvafiq miqdarda buz elementləri ilə təchiz olunub.

Elektron sistem

Peyvənd ehtiyatlarının idarə edilməsi elektron modulda həyata keçirilir, hansında ehtiyatlar və nəqletmə barədə bütün standart hesabatların işlənilməsi mərkəzi, regional, bələdiyyə müəssisəsi səviyyəsində həyata keçirilir.

Ehtiyatları idarəetmə modulu elektron immunizasiya modulu ilə inteqrasiya olunub və qalıqların uçotu avtomatik olaraq həyata keçirilir.

Tibbi personalın hazırlığı

Tibbi personalın COVID-19-a qarşı peyvəndləmə barədə məlumatlılığı və təhsili peyvəndləmə prosesinin təhlükəsizliyi və effektivliyi üçün olduqca əhəmiyyətlidir.

İmmunizasiya prosesinə qoşulmuş tibbi personal üçün müvafiq treninqlər keçirilmiş və ona peyvənddən sonra inkişaf edən arzuolunmaz hallara nəzarət və COVID-19-a qarşı peyvəndləmə nəticəsində yaranan mümkün allerjik reaksiyaların idarə edilməsi məsələləri barədə rəhbər sənədlər təqdim edilmişdir.

Fevralın 17-dən bu günədək COVID-19-a qarşı peyvəndləmə prosesinə qoşulmaq məqsədilə Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi tərəfindən Gürcüstanda aşağıdakı modullarda COVID-19-a qarşı peyvəndləmənin provayder tibb müəssisələrinin 166 briqadası yenidən hazırlanmışdır:

  1. Təcrübi immunizasiya / idarəetmə qaydaları
  2. Peyvəndləmədən sonrakı mümkün allerjik reaksiyaların idarə edilməsi
  3. Soyuq zəncir, logistika və el. ehtiyatların idarə edilməsi
  4. Qeydiyyatçılar üçün el. portal və bronların idarə edilməsi

Dünya Sağlamlıq Təşkilatı tərəfindən təqdim edilmiş treninq modullarından istifadə etməklə, Gürcüstan miqyasında immunizasiya servisinin təchizatçıları, ictimai səhiyyə mütəxəssisləri, tibb sahəsinin spikerləri və yerli hökumətin nümayəndələri (cəmi 2000 personalın iştirakı ilə) üçün COVID-19-a qarşı peyvəndləmənin interpersonal və böhran kommunikasiyasının 100 treninqi keçirilmiş, həmin treninq 2021-ci ilin iyun ayı daxil olmaqla davam edəcəkdir.

Peyvəndin təhlükəsizliyi. Peyvənddən sonra inkişaf edən arzuolunmaz halların idarə edilməsi

Peyvənddən sonra inkişaf edən arzuolunmaz hallara nəzarət milli immunizasiya proqramının ayrılmaz hissəsidir və onun effektiv fəaliyyət göstərməsi peyvəndləmə prosesinin təhlükəsiz şəkildə aparılmasına dəstək olur.

Peyvənddən sonra inkişaf edən arzuolunmaz hallara nəzarət dövlət immunizasiya proqramı çərçivəsində iki onillikdən artıq müddət aparılır. Sistemin son yenilənməsi 2019-cu ildə həyata keçirilmişdir. Qüvvədə olan nəzarət sistemi tamamilə Dünya Sağlamlıq Təşkilatının tövsiyələrini nəzərə alır.

Tibb müəssisələrinin siyahısı

Gürcüstanda COVID-19-a qarşı peyvəndləmə prosesinə 100-dək tibb müəssisəsi qoşulmuşdur. Tibb müəssisələri barədə daha ətraflı məlumatı əldə etmək üçün faylı endirin.

Bizimlə əlaqə saxlayın: 116 001 bizə yazın: ncdc@ncdc.ge
Bizimlə əlaqə saxlayın: 116 001
bizə yazın: ncdc@ncdc.ge
EU & WHO

Veb-səhifə Dünya Sağlamlıq Təşkilatı və Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmışdır. Budara ifadə edilmiş mülahizələr müəllifə məxsusdur və Avropa İttifaqının mülahizələrini əks etdirməyə bilər.

EU & WHO

Veb-səhifə Dünya Sağlamlıq Təşkilatı və Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmışdır. Budara ifadə edilmiş mülahizələr müəllifə məxsusdur və Avropa İttifaqının mülahizələrini əks etdirməyə bilər.